Nailiyyətlərimiz

Baxşəli Uğur - Cudo qalibimizMəktəbimizin 4A sinif şagirdi Baxşəli Uğur Bayram oğlu Modern İdman Məktəbinin 2016-2017-ci il təvəllüdlü yeniyetmələr arasında keçirtdiyi Cudo üzrə açıq birinciliyində 30 kq. çəki dərəcəsində III yerə layiq görülmüşdür.

Zümrüd Rzazadə - "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" adlı rəsm müsabiqəsinin qalibiBakı Şəhəri üzrə Təhsil İdarəsi və Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə Bakı Şəhəri məktəbliləri arasında keçirilən "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" adlı rəsm müsabiqəsi keçirmişdir. Müsabiqədə məktəbimizin 9C sinif şagirdi Zümrüd Rzazadə Xətai rayonu üzrə l yerin qalibi olaraq diplomla təltif edilmişdir. İstedadlı şagirdimiz Zümrüdü ürəkdən təbrik edir , ona uğurlar arzulayırıq.

Yazıçı məzunumuz - Nəzrin KərimovaMəktəbimizin məzunu Nəzrin Kərimova: “Bəzi insanlar həyatlarında gördükləri yanlış şeyləri dilə gətirməkdən çəkindikləri kimi, gördükləri gözəllikləri də dilə gətirməyə cəsarət etmirlər. Gördüyü gözəllikləri unudan və dilə gətirə bilməyən insanların böyük bir hissəsi məyus olur. Ancaq mən elə deyiləm və düşünürəm ki, vaxtımız varkən qarşımızdakı insana olan sevgi və hörmətimizi hiss etdirməliyik. Mənim gördüyüm gözəllik isə mənim müəllimlərimdir. Neçə yaşında olmağımızdan asılı olmayaraq, müəllimlərin qəlbimizdə yaratdığı məhəbbətin təsiri heç vaxt itmir. Çünki müəllim çıxan günəşə bənzəyir, ətrafını aydınladaraq qaranlıqlarla savaşır. Məhz bu səbəblərdən bütün əməkləri və bitməyən səbirlərinə görə müəllimlərimə təşəkkür etmək üçün "Elmimin Günəşi" kitabını yazdım. Üzərimdə əməyi olan hər bir müəllim mənim üçün əzizdir. Kitabda məzun olduğum 56 nömrəli məktəbin mənim üçün dəyərli olan müəllimlər haqqında da yazmışam. Eyni zamanda kitabın içində müəllimlər haqqında ingiliscə öz fikirlərimi qeyd etdiyim hissə və öz yazdığım şeirlər yerləşir. Kitabım elmimi həqiqi bir günəş kimi aydınladan bütün müəllimlərimə ithaf olunur.”

HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Vüsalə Quliyeva Nürəddin

Dəniz Kərimzadə Talıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi