Nailiyyətlərimiz

Şəhid məzunumuz Ceyhun Natiq oğlu Abbasov (8.02.1986— 28.09.2020)Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Abbasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid məzunumuz Elvin Səxavət oğlu Abasov (17.06.1993 — 22.11.2020)Elvin Abasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Elvin Abasov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elvin Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Abasov noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Qalib bokscumuz27.12.2019-cu il tarixdə Bakı şəhərində DİN-nin İdman Cəmiyyətinin "31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə və "Yeni il Bayramı"na həsr olunmuş boks üzrə açıq birinciliyində I yer tutduğuna görə diplom təltif olunub.

HAQQIMIZDA

Məktəbimiz 1884 cü ildə Bakının neft sənayesində xüsusi xidmətləri olan Nobel qardaşları tərəfindən təsis edilmişdir.Neftçi ailəsindən olan  25-30 şagirdlə fəaliyyətə başlayan məktəbdə 1904-c&u...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Kərimova Mahir

Dilşad Allahverdiyeva Sahib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi