Heydər Əliyevin 102 illik yubileyi münasibətilə seminar keçirildi

7 may 2025-ci il tarixində Heydər Əliyevin 102 illik yubileyi münasibətilə məktəbdə maraqlı bir seminar keçirildi. Seminar  4-5-ci sinif şagirdləri üçün təşkil olunmuş və məktəbin kitabxanasında baş tutmuşdur. Bu tədbir  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq məqsədini güdürdü.Tədbirdə  seminarın mövzusu ilə əlaqədar xüsusi bir təqdimat hazırlanmışdı. Təqdimatda Heydər Əliyevin Azərbaycan xalqı üçün önəmli addımlarından, ölkənin müstəqilliyini bərpa etməsi, iqtisadiyyatın inkişafı və beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirməsi barədə ətraflı məlumat verildi. Şagirdlər, Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və inkişaf layihələri haqqında daha çox məlumat əldə etdilər.Seminarın keçirilməsi zamanı uşaqlara Heydər Əliyevin xalq qarşısında göstərdiyi xidmətlər və onun Azərbaycanın müasir tarixindəki yeri ətrafında suallar verildi, həmçinin onların fikirləri və təəssüratları dinlənildi. Tədbir interaktiv formatda keçirildiyi üçün şagirdlər seminar boyunca aktiv şəkildə iştirak etdilər, öz suallarını verdilər və müzakirələrdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi