Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 102 illiyi münasibətilə dəyirmi masa keçirildi

 

“Konstitusiya və Suverenlik ili” çərçivəsində 7 may 2025-ci il tarixində   məktəbin kitabxanaçısı Ağaşirinova İlahənin təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi münasibətilə  dəyirmi masa keçirildi. Dəyirmi masa  V a və  V a sinif şagirdləri iştirak etmişdilər. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ağaşirinova İlahə şagirdlərə Ulu Öndərin Azərbaycanın tarixində,xalqın müstəqilliyində əvəzsiz mühüm rolu haqqında  məlumat verdi. Məktəblilər öz növbəsində Heydər Əliyevə həsr olunmuş şeirlər,  hazırladıqları esseləri,dəyərli məlumatları bölüşdülər. Dəyirmi masanın sonunda  qeyd olundu  ki, Ulu Öndərin dediyi kimi,təhsilimizin əsas məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaq dövlətinə,millətinə,ənənələrinə,xalqına sadiq vətəndaş yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi