Milli Qəhrəman Elşad Yəhyayevin doğum günü münasibətilə anım və vətənpərvərlik  tədbiri keçirildi

    “ Konstitusiya və  Suverenlik ili”  çərçivəsində  “7-dən 17-yə vətənpərvər! layihəsinin keçirilməsi barədə  5 may 2025 –ci il tarixində məktəbimizin adını daşıyan Milli Qəhrəman Elşad Yəhyayevin doğum günü münasibətilə anım və vətənpərvərlik  tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri iştirak etdilər.Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şagirdlər  Elşad Yəhyayevin  qəhrəmanlıq yolundan, onun Vətənə olan sonsuz sevgisindən və fədakarlığından danışdılar. Qeyd olunub ki, Elşad Yəhyayev öz canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb və gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsi göstərib.

   Məktəbin şagirdləri şəhidin xatirəsinə həsr olunmuş şeirlər söylədi,hərbi fləşmob nümayiş etdirdilər.Sinif təşkilat saatlarında şəhidimizə həsr olunmuş  açıq dərs keçirildi və  Elşad Yəhyayevin həyat və döyüş yolunu əks etdirən film nümayiş olundu.Tədbirin sonunda iştirakçılar  Elşad Yəhyayevin büstü qarşısına gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi