“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda breyn-rinq yarışı keçirildi.

“Konstitusiya və Suverenlik ili” çərçivəsində 7 may 2025-ci il tarixində məktəbimizin tarix müəllimi Muradova Validənin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illik yubileyi münasibətilə VII sinif şagirdləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirildi.
Bilik yarışının keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin şagirdlər arasında təbliği, onların intellektual səviyyələrinin yüksəldilməsi və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması idi. Komandalar ümummilli liderin həyatı, siyasi fəaliyyəti, Azərbaycan tarixində oynadığı mühüm rol, eləcə də ümumi biliklərə dair suallar ətrafında biliklərini sınadılar. Yarış gərgin və maraqlı şəraitdə keçirildi.