Məktəbimizdə Bahar bayrami qeyd olundu

17.03.2023-cü il tarixdə məktəbimizdə Bahar bayrami qeyd olunmuşdur. Bayram şənlikləri siniflərdə və məktəbin foyesində keçirildi. Şagirdlər Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatdı. Məktəbimizin müəllim və şagird kollektivi xalqimizi Novruz bayrami münasibəti ilə təbrik etdilər.