Ofisiant "Pluton" layihəsi

Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvü olan 6b sinif şagirdi Elxan Hüseynov gələcəyin ofisiantını əvəz edəcək robot hazırlayıb. Texnologiya dövründə yaşadığımız bu günlərdə məktəblilər yalnız yeni texnologiyalar öyrənməklə kifayətlənmir, həm də gələcəyin innovativ həlli yollarını yaradır. 6b sinif şagirdi Elxan Hüseynovun yaratdığı robot bunun bariz nümunəsidir. Elxan öz layihəsinə "Pluton" adını verib. O bu fikrin insanların gündəlik iş yükünü azaltmaq, restoran və kafelərdə xidmətin keyfiyyətini artırmaq məqsədilə yarandığını deyir. Məqsəd, müştərilərə tez və effektiv şəkildə xidmət göstərən bir robot hazırlamaq olub. Robotun dizaynı çox praktikdir, kompakt ölçülərə malikdir və rahat hərəkət edə bilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi