Məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri arasında iclas keçirildi. İclasda məktəbin direktor müavini Vəfa Qafurzadə,Kiçik Akademiya rəhbəri Günay Kərimli ,Aynur Mirzənmədova və şagirdlər iştirak etdilər. İstedadlı şagirdlər hazırladıqları işlərini təqdim etdilər.Xətai rayonu üzrə keçiriləcək konfrans üçün şagirdlər arasında seçim edildi.9c sinif şagirdi Mahmudov Davud həmin iclasda "Qauss silahı" layihəsi ilə birinci seçildi.Konfransda bu layihə ilə məktəbimizi təmsil edəcək.