ADPU - Cografiya və Tarix fakultəsinin təcrübəçi tələbələri və E. Yəhyayev adına 56 nömrəli məktəbin 7a -8 ç sinifləri ilə birgə “Zirə Eko” parkında eskursiyada oldular. Şagirdlərə “Yaşıl Dünya Naminə Həmrəylik ili" çərçivəsində, "Yaşıl məktəb " layihəsi üzrə açıq dərs oldu.İnsanlar tərəfindən ətraf mühitə, torpağa vurulan ziyan və bunun nəticəsi haqqında göstərilən tədbirlər haqqın da uşaqlara haqqında diskussiya apardılar. Nəticədə şagirdlər ətraf mühiti çirkləndirən amillər və bunun qarşısını almaq üçün tədbirlər haqqında məlumatlandılar. Şagirdlər öz gündəlik həyatında ətraf mühitin qorunması üçün doğru və yanlışları müzakirə etdilər.