Məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya " üzvləri arasında iclas keçirildi.İclasda məktəbin direktor müavini Vəfa Qafurzadə,Kiçik Akademiya rəhbəri və məktəbin şagirdləri iştirak etdilər. Xətai rayonu üzrə keçiriləcək konfrans üçün şagirdlər arasında seçim edildi.İclasda şagirdlər öz təqdimatlarını göstərdilər. 8c sinif şagirdləri Mahmudov Davud və Məmmədli Həmid iclasda "Hidrogen generatoru" layihəsi ilə birinci oldular. Konfransda bu layihə ilə məktəbimizi təmsil edəcəklər.