1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü

Sağlam həyat tərzinin təbliği və təşviqi məqsədilə “1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür” mövzusunda “dəyirmi masa” keçirildi. Şagirdlər biologiya müəllimi Afət Balabəyovanın rəhbərliyi ilə “QİÇS nədir”, “QİÇS-ə qarşı necə mübarizə aparaq”, “QİÇS-dən necə qorunmalı”, “QİÇS-in statistikası” mövzularında hazırladıqları təqdimatlarla çıxış etdilər. “Dəyirmi masa”nın sonunda QİÇS-ə həsr olunmuş sənədli filmlərdən qısa fraqmentlər nümayiş olundu.