Ordu quruculuğu

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi rəhbər Fərqanə Hüseynova tərəfindən “Azərbaycan Respublikasının ordu quruculuğu” adlı tədbir keçirildi. Tədbirdə 10-cu sinif şagirdləri tərəfindən hərbi xidmətə dair “hərbi andiçmə”, “əsgəri salamlaşma, postda duran saatdarın öz vəzifəsini yerinə yetirməsi”, “hərbi qulluqçuların sıradan kənarda bir-birinə müraciəti, əmr verməsi və alması” kimi müxtəlif səhnələr canlandırıldı. Döyüş bayrağının hərbi şərəf, şücaət və şöhrət rəmzi olmasından, postda duran saatdarın toxunulmazlığından, xidməti vəzifələri, öhdəliklərindən bəhs edildi. Ümumillilider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən danışıldı. “Azərbaycan ordusu” adlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi