Valideynlərin iştirakı ilə sinif təşkilat saatı

Valideynləri keçirilən sinif təşkilat saatlarının əhəmiyyəti və faydaları ilə tanış etmək məqsədilə sinif rəhbəri Gülüsüm Hacıyeva ümumbəşər mövzu olan “Ana” adlı tədbir keçirdi. Şagirdlər mövzuya həsr olunmuş şeir deyib, mahnı oxudular, aforizmlər səsləndirdilər. Valideynlər tədbirdən böyük zövq aldıqlarını bildirərək sinif rəhbərinə müvəffəqiyyət arzuladılar. Belə tədbirlərin keçirilməsi valideynlərin məktəblə daha sıx əməkdaşlıq etməsi üçün yaxşı vasitə hesab oluna bilər.