Valideynlərlə görüş

IX və XI siniflərin valideynləri ilə görüş keçirildi. Məqsəd Təhsil Nazirliyi tərəfindən keçirilən IX siniflər üzrə diaqnostik qiymətləndirmənin nəticələri, XI sinif şagirdlərinin davamiyyəti, məktəbdaxili qiymətləndirmənin nəticələri ilə valideynləri tanış etmək idi. Fənn müəllimləri valideynlər qarşısında çıxış edərək hər bir şagirdin nəticələri haqqında məlumat verdilər. Valideynlərin təklif və rəyləri dinlənildi. IX sinif şagirdlərinin əlavə məşğələlərə cəlb olunması cədvəli valideynlərə təqdim olundu. Valideynlərin mütəmadi olaraq məktəblə əlaqə yaratmaları tövsiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi