Şagird-tələbə əməkdaşlığının yekun tədbiri

16 may tarixində ADPU-nun texnologiya tədrisi metodikası kafedrasının baş müəllimi, pedaqoji rəhbər Əsmət Teymurovanın rəhbərliyi altında Fizika və texnologiya fakültəsinin təcrübəçi tələbələri ilə birlikdə maraqlı tədbir keçirildi. Tədbirdə ADPU-nun texnologiya tədrisi metodikası kafedrasının müdiri dosent Səadət Musayeva, kafedra müəllimləri dosent Niyazi Qasımov, dosent Əlirza Əyyubov, dekan müavini Xankişi Məmmədov, YAP Xətai rayon təşkilatı aparatı rəhbəri Mayıl Kərimov, Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aytən Sadıqova, Xətai rayon Gənclər və İdman İdarəsinin məsləhətçiləri Əhmədli Tural, Rzayev Mamed iştirak edirdilər.

Şagirdlərin əl işlərindən ibarət olan sərgi qonaqların marağına səbəb oldu. Təcrübə müddətində şagird-tələbə əməkdaşlığının nəticəsi olan ədəbi-bədii tədbir qonaqlarda xoş təəssüratlar oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi