İçərişəhərdə

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində uşaq birliyi təşkilatının rəhbəri Mehnaz Süleymanovanın rəhbərliyi altında şagirdlər Tahir Salahovun ev muzeyində, Bəylər məscidində yerləşən “Müqəddəs əmanətlər” ekspozisiyasında, İçərişəhərdə yerləşən “Xanəgah”da ekskursiyada oldular. Tahir Salahovun çəkdiyi eskizlər, məişətində istifadə olunan əşyalar, qədim Qarabağ xalçaları, mis qablar şagirdlərin marağına səbəb oldu. Xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan “Müqəddəs əmanətlər” ekpozisiyasında nümayiş olunan müxtəlif dövrlərə aid Quran-i Kərim kitabları şagirdlərin müqəddəs kitablar haqqında biliklərini artırdı. Ölkə əhəmiyyətli abidə olan “Bazar meydanı” və ya “Xanəgah”da şagirdlər qədim dövr dini-memarlıq abidələri haqqında geniş məlumat aldılar.