Müasir İncəsənət Muzeyində

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” çərçivəsində təhsildə fərqlənən, incəsənətin müxtəlif sahələrinə marağı olan şagirdlər Müasir İncəsənət Muzeyində oldular. Muzeyin bələdçiləri 800-dən artıq eksponatı olan muzeyin yaranma tarixindən, sənət əsərləri və müəllifləri haqqında geniş məlumat verdilər. Şagirdlər avanqard incəsənət nümunələri ilə yaxından tanış oldular. Bələdçilər şagirdlərin sənət əsərlərinə münasibəti və dünyagörüşlərini yoxlamaq üçün bir çox suallar verdilər. Şagirdlər muzeydən xoş təəssüratlarla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi