Sən elə bir zirvəsən

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahis siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirildi. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olundu. Dahi şəxsiyyətə həsr olunmuş şeirlər və mahnılar səsləndiridi. Şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamları səsləndirildi, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarxlar nümayiş olundu. Şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.