Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirci görüş

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətini 3-cü ərazi Dövlət Yanğın İdarəsinin əməkdaşları mayor Mahmudov Xanlar və kapitan Hüseynov Kənan şagirdlərə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirci tədbir keçirdilər. Mayor Mahmudov Xanlar yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasından, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydalardan, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətinin həyata keçirilməsindən danışdı. Xüsusi siniflərdə təhsil alan şagirdlərin “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisində göstərilən əl işləri nümayiş olundu.