Şuşasız 27 il

Tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil edildi. Şagirdlər Şuşanın tarixi, coğrafi mövqeyi, təbiəti, mədəniyyət və incəsənət xadimləri haqqında təqdimatlar nümayiş etdirdilər. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın şeirləri, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertüra səsləndirildi. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi –mədəniyyət abidələrinin düşmən tərəfindən talan edilməsi ətraflı şərh edildi. Tədbirin yekununda Elnarə Rüstəmova ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda da Qarabağa çox böyük diqqət və qayğı göstərməsindən, ermənilərin bunun nəticəsində hər zaman iflasa uğramasından söz açdı, Heydər Əliyevin Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bildiyini vurğulayaraq ulu öndərimizin hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin ərazi iddialarının qarşısını qətiyyətlə almasından söhbət açaraq çox maraqlı faktlar səsləndirdi. Şuşa haqqında sənədli film nümayiş olundu.