“Xocalı harayı” adlı ədəbi - bədii kompozisiya keçirildi

Bütün siniflərdə Xocalıda həlak olmuş Şəhidlərimizin anım günü qeyd olundu.Ayrı-ayrı siniflərdə Xocalının 24-cü ildönümü ilə əlaqədar təşkilat saatlarında söhbət aparıldı. Məktəbin foyesində Xocalı faciəsi ilə bağlı şagirdlərin çəkdiyi rəsmlər nümayiş etdirildi. Xocalı faciəsi ilə bağlı məktəbin foyesində məktəb rəhbəri A.X.Məmmədov müəllim və şadird kollektivi ilə birlikdə Xocalıda şəhid olanları 1 dəqiqəlık sükutla yad etdilər. 24 fevralda 4bsinif müəllimi Nailə Qədirova və şagirdlər Xocalının 24-cü ildönümü ilə baglı məktəbin akt zalında “Xocalı harayı” adlı anım günü keçirtdilər. Tədbiri Xocalı mahnısı və Xocalı ilə bağlı slaydlarla başladıq. 20-ci əsrin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımı bəşər tarixinin qanlı sahifələrindən biri kimi tarixə düşdü, erməni faşistlərinin xalqımıza qarşı kin və küdurətini, düşmən münasibətini bir daha bütün dünyaya nümayiş etdirdi.1905-ci,1918-ci illərdə dəhşətlər yaşadıq. Bu dəhşətləri unudub yenə də ermənilərlə qonşuluq etdik. Unutqanlıq , düşməni saymamaq, laqeyidlik nıticəsində 20-ci əsrin sonunda yenə da faciə qurbanı olduq. 1988-ci ildə baş verən qırğınlar bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir.Dədəmiz Qorqudun dili ilə desək “Qarı düşmən elə düşməndir,ona yalnız layiq olduğu cavabı vermək lazımdır”. Yenə də 1992-ci il fevralın 25-dən 26-na keçen gecə xalqımıza faciə yaşatdilar.Bu faciədən 24 il kecir. Xocalı taleyi uğursuz yazı Xalqın öz qanına bulaşmasıdır Xocalı dünyanın ən ağır yası Bütov bir millətin ağlaşmasıdır. Bu tək Xocalıya qarşı deyil,bütün türk dünyasına qarşı genosid idi. Bu həm də təkcə ermənilərlə bağlı olmayıb, türkçülüyə qarşı bütün ermənipərəst millətlərin birgə marafonu idi. Xocalı arxadan atılan gullə Xocalı xalqımın faciəsidir Xocalı cağiriş,fəryad səsidir Qisas çağırışı,fəryad səsidir.Tədbirin aparıcıları Sabrina Əliyeva, Gülmirə Əliyeva, Rüfət Zeynalov, Polad Cəfərov bu sözlərlə ermənilərin amansiz,ağla -gəlməz hərəkətlərini bir daha xatırlayaraq, zalda oturanlara bildirmişlər.Gülmirə Əliyeva ve Milana Məmmədova öz cıxışları ilə bildirmişdilər ki, 7 min nəfər sakini pərən-pərən düşdü. 613 nəfər qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər girov götürüldü . 106 nəfər qadın,63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamam məhv edildi. 25 uşaq hər iki valideyinlərini, 131 uşaq valideynlərindən birini itirdi. 150 nəfərdən bu günədək heç bir xəbər yoxdur. Uşaqlar şeirlərində Xocalı sakinlərinin başına gələn müsibətləri qeyd edirdilər. Mərziyə Hacılı sevə-sevə ana rolunda iştirak edərək “Ana fəryadini”canlandırmışdı. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.“Torpaqdan pay olmaz” adlı səhnəcikdə işdirak edənlər bir daha mənfur düşmənin iç üzünü açib göstərdilər. Rüfət Zeynalov şah rolunda bir daha göstərdi ki, həqiqətən torpaqdan pay olmaz. O hər bir şeyindən keçməyə razı oldu, amma torpağını vermədi və dedi:Gəl, düşmən , aləm burda sənin yasını görəcək.Ana Vətən!- deyə- deyə and içdim. Bu yolda varımdan-yoxumdan keçdim. Ölməz, unudulmaz, babalarımızın Müqəddəs qəbrini and yeri seçdim. Qalx ayağa, qeyrət varsa, Hünər varsa, qüvvət varsa Xilas edək bu Vətəni Bu Vətəni- bu torpağı millət varsa.Sabrina Əliyeva Məmməd Arazın “Ayağa dur Azərbaycan “ şeirini səsləndirərək hamını birliyə səsləyərək bir cərgədə birləşməyi , düşmənə qarşı bir olmağimizi M.Arazın dili ilə dedi. Milana Məmmədova,Mərziyə Hacılı,Polad Cəfərov,Məryəm Rəhimli,Sveta Osmanova,Ramil Hacıyev,Sadiq Cəfərov,Validə Nəbiyeva, Əsli Cəbrayılova vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Vətəni, torpağı sevməyi öz seirlərində əks etdirdilər. 1994-cü ilin fevral ayinda Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi qiymət verildi ,günahkarların adı elan edildi, 1995-ci ilin fevralin 24-də Milli Məclisdə Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması və bu hadisələrin 30-cu ildönümü ilə ələqədar dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul edildi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətlə həll olunması, yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin doğma evlərinə qayıtması üçün ulu öndərin uzaqgörən müdrik siyasətini uğurla davam etdirir.Bu gün respublikamizin qüdrətli ordusu var. Əgər sülh danısıqları müsbət nəticə verməsə, biz ordumuzun gücü ilə qələbə çalacaq, işğal altında olan bütün torpaqlarımızı, o cümlədən doğma Xocalını düşməndən azad edəcəyik! Biz o günü tezliklə görəcəyik. Sonda bu sözlərlə çıxış edən əsgərlər Nəzrin Həziquluyeva,Polad Cəfərov,Rüfət Zeynalov,Mahmud Rəhimli,İslam Əliyev vətənlərini qorumağa, vətənə layiqli vətəndaş olmağa and içdilər. And içirəm! Anam Azərbaycan And içirəm! Qayıdacaq Xocalı And içirəm! Tökülən haqsız qanlar Qalmayacağ yerdə! And içirəm! Körpələrin naləliri Anaların ağıları, Gəlinlərin qızların Ərşə çatan səsləri! Unudulmayacaq! Unudulmayacaq! Ücrəngli bayrağım yüksələcəkdir. Qələbə təbili səslənəcəcəkdir! Azadlıq günəşi şəfəqləriylə Qələbə, Qələbə səslənəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi