“Mənim doğma dilim” mövzusunda ədəbi - bədii kompozisiya keçirildi

Fevral ayında məktəbin fəaliyyət planına əsasən Azərbaycan dili və ədəbiyyatı aylığı keçirilmişdir. Bununla əlaqədar olaraq fənn müəllimlərinin açıq dərsləri dinlənilmiş, ayrı-ayrı siniflərdə keçirilən tədbirlərdə ana dilinin saflığı, zənginliyi və ana dilinə münasibət bir daha nümayiş etdirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Z.Bağırova, F.Quliyeva, E.İbrahimova, R.Kərimova, B.Primova, Ə.Əsgərova, S.Nəbiyeva, N.Səmədova fənn aylığının daha da səmərəlirə maraqlı keçməsi üçün öz dərslərində və dərsdən kənar keçirdinləri müxtəlif cür əyləncəli tədbirlərində doğma dilimizin gözəlliyinin sirlərini şagirdlərə bir daha aşılamışlar.Metodbirləşmə sədri Flora Quliyeva “Ananın səsi” mövzusunda açıq dərs keçirilmiş və şagirdlərdə “Vətən”, “Ana”, “Ana dili” məfhumlarının insan üçün nə qədər müqəddəs olduğunu başa salmışdır.Rəsmiyyə Kərimova isə 9a sinfində İ.Əfəndiyevin ``Körpüsalamlar`` əsərinin müzakirəsini keçirmişdir.Müzakirə zamanı şagirdlər əsərdəki hər bir obraz haqqında öz müstəqil fikirlərini yürütmüşlər.Bu isə öz növbəsində şagirdlərin İ.Əfəndiyevin yaradıcılığına olan maraqlarını bir daha artırmışdır.Fənn aylığında görülən əsas işlərdən biri də məktəbin foyesində dilçi müəllimlər tərəfindən təşkil olunan güşə idi.Burada ana dilimizi təsəssüm etdirən dilçi alimlərin şəkilləri,mərhum Prezidentimiz H.Əliyevin dil haqqında kəlamları,ayrı-ayrı siflər tərəfindən hazırlanmış divar qəzetləri,klassik şairlərimizin əsərlərindən nümunələr və.s öz əksini tapmışdır.Bütün bunlarla bərabər sonda ana dilimizin müqəddəsliyini ,saflığını dünəni və bu gününü andıran musiqili - əyləncəli tədbir keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi,müəllimlər və şagirdlər böyük ruh yüksəkliyi ilə iştirak etmişlər.Məktəbimizə pedaqoji təcrübə keçməyə gələn tələbələrdə tədbirin qonağı oldular.Tədbirdə dövlət himnimiz səsləndirdən sonra şagirdlərin ifasında canlandırılan Dədə Qorqud babamız səhnəyə çıxaraq iştirakçılara öz xeyir-duasını verdi.Ana dilimizin saflığını,şirinliyini əks etdirən şeirlər şagirdlərin ifasında çox gözəl səslənirdi.Sonra şagirdlərin ifasında C.Məmmədquluzadənin ``Anamın kitabı`` tamaşası göstərildi və tamaşalar tərəfindən maraqla qarşılandı.Tədbirdə şagirdlərdən Subhan Shiralıyev,S.Quluzadə , A.Qafarova,Qumru,Sevinc,Zenfira və başqaları çox həvəslə iştirak etdilər.