
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik Günündə Bakı şəhəri 148 nömrəli tam orta məktəbin açılışı mərasimindəki nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə məktəb rəhbərliyi tərəfindən əmr (№ 440, 06.11.2015-ci il) verilmiş, hazırlanmış fəaliyyət planı təsdiq edilmişdir. Fəaliyyət planının tərkib hissəsi olaraq 15.01.2016-cı il tarixdə V-XI sinif şagirdlərinin iştirakı ilə “Əsl vətəndaş olmaq nə deməkdir?” mövzusunda bədii kompozisiya keçirilmişdir. Ümumməktəb tədbirinin keçirilməsinə qədər bütün siniflərin təşkilat saatlarında “Əsl vətəndaş olmaq nə deməkdir?” mövzusuna toxunulmuş, ayrı-ayrı siniflərdə şagirdlərin vətənə məhəbbət hissi daha da inkişaf etdirilmişdir.Bu mövzu ilə bağlı şair və yazıçıların şeirlərinə bəstələnmiş musiqilər səsləndirildi. Böyük Azərbaycan şairi Məmməd Arazın təbirincə desək Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşıdeməklə bu sözün nə qədər böyük ictimai-siyasi və hüquqi mahiyyət daşıdığını ifadə edirdi.15 yanvar 2016-cı il tarixdə məktəbdə “Əsl vətəndaş olmaq nə deməkdir?” mövzusunda rayon üzrə musiqili ədəbi-bədii gecə keçirildi. Şagirdlərimiz “Əsl vətəndaş olmaq nə deməkdir?” məsuliyyətini dərk edərək öz fikirlərini ulu öndər Heydər Əliyevin kəlamları ilə çatdırıdılar: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq, vəfalı olmalıdır, onun müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.”Vətəndaşlıq, vətənpərvərlik ilk növbədə mədəniyyətdir. Ancaq heç bir qanun özlüyündə cəmiyyətə hazır vətəndaş bəxş edə bilməz, bu gərəkli şərtlərdən yalnız biridir.Şagirdlərimiz vətənə aid mahnılar, şeirlər söylədilər. Xalq şairi Bəxtiyar Vahabzadənin sözlər ilə desək: Vətəndaş! Nə gözəl səslənir bu söz, Yəni – bir Vətənin övladıyıq biz. Anamız eynidir, qardaşıq demək, Mən sənə arxayam, sən mənə kömək.“Harda yaşamağından asılı olmayaraq gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi hər birimizdə olmalıdır” – Ulu Öndər Heydər Əliyevin fikirləri bir daha vurğulandı.Vətəndaş-dövlət münasibətlərinin tarixi qədimdir. Vətəndaş olmaq böyük hüquq və nemətdir. Vətəni sevmək – birmənalı olaraq dövləti sevmək deməkdir. Vətəni sevən vətəndaş – güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir. Tədbirdə xüsusilə fərqlənən şagirdlərdən - Fidan Əliyeva (6a), Nəzrin Mehdiyeva (7a), Günel Məmmədova (7c),İnarə Ələkbərova (8b), Səlim Süleymanov, Hüseyn Vahabov, Aytən Kərimova, Fəridə Əhmədova, Səkinə Kərimli, Rəhim Əliyev, Ləman Nağıyeva (9a), Aydan Aslanova, Leyla Zeynalova, Məlaykə İsmayılova, Nihad Məmmədov (9c), Sevinc Əyyubova, Günel Şıxseyidova, Amil Hüseynzadə, Qumru Mustafayeva, Sevinc İslamova (10a), Sübhan Şirəliyevin (11b ) adlarını göstərmək olar. Tədbirin yüksək səviyyədə təşkili üçün müəllimlərdən: Həsənquliyeva Zümrüd, Əliyeva Maya, Xıdırova Nailə, Kərimova Rəsmiyyə, Zaidova Ülviyyə, Rüstəmova Elnarə, Teymurova Telnaz, Bağırova Ziyafət, Quliyeva Filorəni qeyd etmək olar.Keçirilən silsilə tədbirlər şagirdlərdə “Əsl vətəndaş olmaq nə deməkdir?” hissini formalaşdırmaqda böyük rol oynadı. Vətəni sevmək, vətəni qorumaq, ona layiqincə xidmət etmək hər birimizin borcudur. 55 №-li tam orta məktəbin şagirdləri də bu tədbirlərə maraq göstərmiş, tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak etmişdirlər. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb direktorları (27, 56, 58, 165 , 194 №-li məktəblər), 55 №-li tam orta məktəbin rəhbərliyi və müəllim kollektivi iştirak etmişdir.