Xalqımızın qan yaddaşı

Hər il 55 №-li tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir. 1990-cı il 20 yanvarın matəmli günlərindən keçib yol gəlirik. Ürəyimizdə ağrı, gözlərimizdə kədər yükü, yumruqlarımız düyünlü, dizlərimizə çırpılan əllərimizdə üçrəngli bayraq. Həmin o müdhiş gecədə atılan güllələr neçə-neçə ömrə son qoydu, neçə-neçə haqsız qətlə fərman verdi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damlasında xalqımızın qüdrəti, qəhrəmanlığı, milli azadlıq, müstəqillik arzuları vardır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə demişdir: “Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.”20 Yanvar faciəsi ilə əlaqədar məktəbdə xüsusi tədbirlər planı hazırlanmış, bununla bağlı10 günlük keçirilmişdir. Bütün siniflər təşkilat saatlarını bu mövzuya həsr etmişdirlər. Məktəbin foyesində 20 Yanvar hadisələrini əks etdirən şəkillərdən stendlər, şagirdlərin əl işləri və rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Siniflərdə 20 Yanvar faciəsi ilə əlaqədar açıq dərslər keçirilmişdir. Şagirdlərimiz 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixindəki yerindən, milli müstəqilliyin əldə olunmasındakı əhəmiyyətindən danışdılar. 19 yanvar tarixində ilk dərs 20 Yanvar faciəsinə həsr edilmişdir.20 Yanvar faciəsi ilə əlaqədar məktəbdə “Xalqımızın qan yaddaşı” mövzusunda geniş tədbir keçirilmişdir.Tədbirdə fəal iştirak edən sinif və şagirdlər:2c – Rəsul, Cahan, Fatimə, Fərid6a – Fidan7a – Nəzrin7c – Günel8b – İnarə9a – Səlim, Hüseyn, Aytən, Fəridə, Səkinə, Rəhim9c – Aydan, Leyla, Məlaykə, Nihad, Ümid10a – Sevinc, Günel, Əhməd, Amil, Qumru, Əsli, Mənzərə, Sahilə11b – Sübhan Müəllimlərdən: Həsənquliyeva Zümrüd, Xıdırova Nailə, Kərimova Rəsmiyyə, Zaidova Ülviyyə, Teymurova Telnaz, Bağırova Ziyafət, Quliyeva Filorə, Hüseynli Məhbubə, Allahverdiyeva Sədaqət, Quliyeva Nailə, Əhmədova Fatma, Əliyeva Mehriban.Şagird və müəllim kollektivi Xətai rayonunda yerləşən “Bakı” kinoteatrında nümayiş olunan Vahid Mustafayevin “Qanlı Yanvar” filminə baxmışdırlar.Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Bu tarixi gün – 20 Yanvar günü daha çox xatırlanacaq. 55 №-li tam orta məktəbin müəllim və şagird kollektivi də bu günü unutmur və heç vaxt unutmayacaqdır. 20 yanvar günü müəllim və şagird kollektivi Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi yad etdilər: Onlar müstəqilliyin Havasında uyuyur Anam Azərbaycanın Laylasında uyuyur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi