Nitqi qüsurlu xüsusi siniflərdə Yeni il şənliyi keçirildi

29 dekabr 2015-ci ildə Bakı şəhəri 55 №-li tam orta məktəbin nitqi qüsurlu siniflərində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi keçirildi.Tədbirdə bütün şagirdlər çox fəal iştirak etdilər. VII, VIII, IX sinif şagirdləri Azərbaycana həsr edilmiş şeirlər söylədilər. I, II, V, VI sinif şagirdləri isə nağılları səhnələşdirmişdilər. Burada “Turp”. “Tıq-tıq xanım”, “Qırmızı papaq”, “Buratino” tamaşaları göstərildi. Sonra uşaqlar əyləncəli yarışlar keçirdilər və Yeni il yolkasının ətrafında rəqs etdilər. Tədbir şən və maraqlı keçdi. Məktəbin direktoru Alı Məmmədov şagirdləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi