31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Bakı şəhəri 55 №-li tam orta məktəbin “Ədəbiyyat dərnəyi”nin rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Ziyafət Bağırovanın təşkilatçılığı və həmin dərnəyin üzvlərinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi. Bu tədbirdə məktəbin 5b, 6a, 10a sinif şagirdləri iştirak etdilər. Tədbirin mahiyyəti məktəbin şagird və müəllim kollektivinə Həmrəylik gününün yaranma tarixini – 1989-cu ildə o taylı-bu taylı azərbaycanlıların Naxçıvanda Araz çayı sahili boyunca sıralanmış tikanlı məftilləri qıraraq, İran-Sovet sərhədlərini yandırmasını, doğma bacı-qardaşlarının həsrətinə son qoymasını nümayiş etdirmək və bu barədə tədbir iştirakçılarını daha da məlumatlandırmaq idi. Şagirdlər Şəhriyarın, M.Arazın, T.Bayramın və N.Həsənzadənin şeirlərinə müraciət etmiş və vətənpərvərlik mövzusunda mahnılar ifa etmişdirlər. 1991-ci ilin 16 dekabrında ümummilli liderimiz Heydər Əliyev tərəfindən rəsmiləşdirilmiş və ənənə halını almış olan bu tədbirdə xaricdə yaşayan həmvətənlərimizin həmrəylik nümayiş etdirməsi fəaliyyətləri göstərildi və onların təbrikləri qonaqlara çatdırıldı. Tədbir ümummilli liderimiz Heydər Əliyevin öz çıxışından səsləndirilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsi ilə yekunlaşdı. Tədbirin sonunda məktəbin direktoru Alı Məmmədov öz fikirlərini şagirdlərlə bölüşdü, onlara öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi