“Breyn-Rinq” yarışmasının Xətai rayon qalibləri

Xətai rayonu 55 N-li tam orta məktəbdə 9a sinfinin nəzdində coğrafiya müəllimi Gülsüm Hacıyevanın rəhbərliyi ilə “Səma” qrupu yaradıldı. Qrupun üzvləri : Kapitan Xanbəyli Süleymam Üzvləri : Seyidli Türkay Seyidov Ariz Səmədli Elmir Əliyeva Ülkər Məmmədzadə ÜmidYarış 3 dekabr 2015-ci ildə 84 N-li məktəbdə kecirilib.Şagirdlərin boş vaxtlarını səmərəli keçirmək məqsədilə tez-tez məktəbdə keçirilən bilik yarışlarında və fənn məşğələlərində fəal iştirak edən şagirdlərimiz verilən sualları çətinlik çəkmədən cavablandırmışlar. Məktəbə gələn xəbər sevindirici idi. 55 N-li məktəbin komandası Xətai rayonu məktəbləri arasında birinci yerə layiq görülmüşdür. Bu nailiyyətdən ruhlanan şagirdlərimiz daha fəal olacaqlarına və daha yaxşı oxuyacaqlarına, boş vaxtrlarını səmərəli keçirəcəklərinə söz vermişlər. Məktəb rəhbərliyi komanda üzvləri ilə görüşmüş, onları təbrik etmiş, təhsildə uğurlar arzulamışlar