Ulu öndər Heydər Əliyevin anım günü keçirildi

55 №-li tam orta məktəbdə Heydər Əliyevin anım günü ilə bağlı xüsusi tədbirlər planı hazırlanmışdır. Hər il məktəbin müəllim və şagird kollektivi Heydər Əliyevin anım gününü qeyd edir. Siniflərdə təşkilat saatları keçirilir. Ulu öndərlə bağlı referatlar, fotstendlər, siniflər arasında inşa müsabiqəsi keçirilir.Məktəbin foyesində müəllim və şagird kollektivi ilə birgə anım mərasimi keçirilmişdir. Ulu öndərin keçdiyi həyat yolu, gördüyü işlər haqında söhbət aparılmışdır. Şagirdlər ona yazılmış şeirlərdən parçalar söyləmişlər. Müəllimlər Heydər Əliyevin təhsilə, məktəbə yüksək diqqət göstərməsindən söz açdılar. “Təhsil bizim millətin gələcəyidir!” 12 dekabr 2003-cü il Azərbaycan dövlətçiliyi tarixində ən ağır günlərdən biri kimi qalacaq. Xalqımızın böyük oğlu, müstəqil dövlətimizin yaradıcısı, müdrik siyasətçi, millətin atası, türk dünyasının lideri Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə yaşayacaqdır.O, bir günəş idi – işıqlı, nurlu,O, bir dahi idi – mərd və qürurlu.Onun hər əməli, işi uğurlu,Yolunda sadiqdir bütün xalqımız,O yolu göstərib Heydər Babamız. Bir dəqiqəlik sükutla onu yad etdilər. Allah rəhmət etsin!Heydər Əliyev Azərbaycan üçün keçmiş deyil, gələcəkdir. Hələ neçə-neçə nəsillər bu ünvana üz tutacaq, onun zəngin həyat təcrübəsindən bəhrələnəcəkdir. Onun ömür yolu vətənə, millətə fədakarlıq nümunələri ilə doludur. Sonra müəllim və şagird kollektivi ulu öndərin Xətai rayonunda yerləşən heykəlini ziyarət etdilər və önünə gül dəstələri qoydular.