“Generalın ömür yolu” adlı tədbir keçirildi

Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Təhsil Nazirliyinin 08.06.2015-ci il tarixli 189 №-li əmrinin icrası məqsədi ilə təhsil müəssisələrində, o cümlədən 55 №-li tam orta məktəbdə müəyyən işlər görülmüşdür. Məktəbdə general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlanmış, sinif rəhbərlərinə fərdi tapşırıqlar verilmişdir. Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da şagirdlər generalın həyatı və hərbi fəaliyyəti haqqında fikir mübadiləsi aparmışlar. Şagirdlərimiz general Cəmşid Naxçıvanskinin fəaliyyəti haqqında referatlar hazırlamış, həyat və hərbi fəaliyyətinə həsr olunmuş fotostendlərin rəsm sərgisini təşkil etmişlər. 08 dekabr 2015-ci il tarixdə məktəbin GÇH müəllimi Hüseynova Fərqanə X və XI siniflərdə hərbi dərsini Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr etmişdir. Şagirdlər general C.Naxçıvanskinin döyüş meydanındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti olduğunu qeyd etmişlər. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsinə həmişə xüsusi önəm vermişdir. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması da Azərbaycanda yüksək hərbçilərin yetişdirliməsinə diqqətindən irəli gəlmişdir. Bununla bağlı Xa Əliyeva Maya “Generalın ömür yolu” adlı mövzuda təşkilat saatında söhbətlər aparmışdır. Xa sinfi generalın həyatı və hərbi fəaliyyəti haqqında sevə-sevə danışdılar. Məktəbin foyesində hazırlanmış sərgi ətrafında bununla bağlı yığıncaq keçirilmişdir. Məktəbin direktou Məmmədov Alı Xıdır oğlu Azərbaycanın generalları haqqında geniş söhbət apardı və general Cəmşid Naxçıvanskinin xidmətlərini bir daha vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi