General Səməd bəy Mehmandarovun 160 illik yubileyi keçirildi

General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli 1012 №-li əmrinin icrası məqsədi ilə ayrı-ayrı təhsil müəssisələrində olduğu kimi 55 №-li tam orta məktəbdə də müəyyən işlər görülmüşdür. Məktəbdə general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanmışdır. Sinif təşkilat saatlarında general Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında söhbətlər aparılmışdır. Şagirdlərimiz general Səməd bəy Mehmandarov haqqında referatlar hazırlamış, həyat və hərbi fəaliyyətinə həsr olunmuş fotostendlərin rəsm sərgisini təşkil etmişlər. 28 noyabr 2015-ci il tarixdə məktəbimizin kitabxanasının oxu zalında kitabxana işçiləri, sinif rəhbərləri, tarix müəllimi Zümrüd Həsənquliyeva və VIIIb, IXc sinif şagirdləri ilə birgə “Dəyirmi masa” keçirilmişdir. Şagirdlər general Mehmandarovun döyüş meydanındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti olduğunu qeyd etmişlər. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsinə həmişə xüsusi önəm vermişdir. 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin açılması da azərbaycanlılardan yüksək hərbçilərin yetişdirlməsinə qayğısından irəli gəlmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi