17 noyabr - Milli Dirçəliş Günü

15.11.2017- ci il tarixdə məktəbin tarix müəllimi Elnarə Rüstəmova 7b sinif şagirdləri ilə "17 noyabr – Milli Dirçəliş Günüdür " mövzusunda "Dəyirmi masa" keçirdi. Elnarə Rüstəmovanın mövzu ilə bağlı hazırladığı təqdimatda Azərbaycan Respublikasının Milli Azadlıq Hərəkatının tarixini əks etdirən slaydlar çox maraqla izlənildi. Sonra şagirdlər vətən, millət sevgisini tərənnüm edən müxtəlif şeir, mahnı nümunələri təqdim etdilər.1988-ci il oktyabr-noyabr aylarında Bakıda baş verən hadisələrdən geniş söhbət açan iştirakçılar Azadlıq Hərəkatının uğurlu nəticəsi kimi istiqlaliyyətimizin əldə edilməsini inamla, fəxrlə nəzərimizə çatdırdılar. Sonda çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova hər kəsi təbrik etdi və təşkilatçılara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi