9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

8 noyabr məktəbin foyesində müəllim və şagirdlər toplaşaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qeyd etdilər. VIII sinif şagirdi Qədirli Zenfira Azərbaycan bayrağının tarixindən maraqlı və ətraflı məlumatla çıxış etdi. İbtidai sinif şagirdləri bayrağa həsr olunmuş Əhməd Cavadın, Cəfər Cabbarlının, Bəxtiyar Vahabzadənin şeirlərini böyük coşqu ilə ifa etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başa çatdı. Daha sonra tədbir məktəbin akt zalında davam etdi. 2ç sinif şagirdləri (müəllim - Quliyeva Nailə) "Dalğalan bayrağımız!" mövzusunda ədəbi-bədii kompozisiyanı təqdim etdilər. Tədbirdə Azərbaycan bayrağına həsr olunmuş videoçarx nümayiş olundu, şagirdlər şeirlər, vətənpərvərlik mahnıları səsləndirdilər, milli rəqslər ifa etdilər. 2c sinif şagirdlərinin tədbirə yüksək vətənpərvərlik əhval-ruhiyyəsi ilə hazırlaşması tədbiri izləyənlər tərəfindən çox maraqla qarşılandı.Bu gün həmçinin yuxarı sinif şagirdləri tarix müəllimi Zümrüd Həsənquliyevanın rəhbərliyi ilə Azərbaycan tarix muzeyinə ekskursiya etdilər. Məqsəd Manna dövlətindən müasir dövrümüzə qədər Azərbaycan bayrağının tarixini eksponatların vasitəsilə şagirdlərə çatdırmaq idi. Muzeyin konfrans zalında Zümrüd Həsənquliyeva və muzeyin əməkdaşları təntənəli günə həsr olunmuş prezentasiyaları şagirdlərə təqdim etdilər. Şagirdlər də öz növbəsində bayrağa həsr olunmuş şeirlərlə çıxış etdilər. Tarix muzeyinə ekskursiya şagirdlər üçün yadda qalan oldu.