Zəngilansız 24 il

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür. Bu münasibətlə 30.10.2017-ci il tarixdə məktəbin foyesində tarix müəllimi Elnarə Rüstəmova Zəngilan rayonunun işğalı haqqında şagirdlərə məlumat verdi. Sonra məktəbin kitabxanasında "Zəngilansız 24 il " mövzusunda "Dəyirmi masa" keçirildi. Elnarə Rüstəmova şagirdlərə bu mövzu ilə bağlı məlumat verərək bildirdi ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdur. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid vermişdir, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. E. Rüstəmova Zəngilan rayonu haqqında hazırladığı slaydları şagirdlərə təqdim etdi. 7b sinif şagirdləri Zəngilan haqqında seirlər söylədilər, öz çıxışlarında bildirdilər ki, bütün məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülür. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmamış, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırmışdır. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar. Tədbirin sonunda Zəngilan haqqında sənədli film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi