Müstəqilliyimiz əbədidir

18 oktyabr - Müstəqillik günü münasibətilə məktəb kollektivi və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə birgə geniş tədbir keçirildi. Tədbir şagirdlərin ifasında himn və müstəqil Azərbaycana həsr olunmuş şeirlərin ifası ilə başladı. X sinif şagirdi Zeynalova Leyla “Müstəqil Azərbaycanın tarixi”, XI sinif şagirdi İsmayılova Məlakə isə “Müstəqilliyimiz əbədidir” mövzularında təqdimatla çıxış etdilər. V sinif şagirdi Əlizadə Rəsulun ifasında “Qarabağ şikəstəsi” şagirdlər və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Pənah İmanov çıxış edərək müstəqil Azərbaycanın keçdiyi şanlı tarixdən maraqlı epizodları şagirdlərin nəzərinə çatdırdı. Tədbir şagirdlərin və qonaqların ifasında “Yaşa mənim xalqım” mahnısı ilə yekunlaşdı.