10 oktyabr 2017-ci il tarixdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Vətənimin tarixi” adlı bilik yarışmasında məktəbimizin 9b sinif şagirdi Nəsibzadə Qaya iştirak edərək II yeri tutmuş və diplomla təltif olunmuşdur. 11 oktyabr 2017-ci il tarixdə məktəbin foyesində müəllim və şagird kollektivi Qaya Nəsibzadəni bu qələbə münasibətilə təbrik etmiş və ona daha böyük uğurlar arzulamışlar.