Ümumdünya Heyvanların Mühafizəsi Günü

04.10.2017-ci il tarixində məktəbin konfrans zalında "4 oktyabr - Ümumdünya Heyvanların Mühafizəsi Günü"nə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Məktəbin biologiya müəllimi Sevinc Məmmədova və şagirdlər bu günün yaranma tarixi haqqında məlumat verdilər. 9c sinif şagirdləri Məmmədli Zeynəb, Vəlizadə Xədicə və Məmmədov Murad mövzuya uyğun təqdimatla çıxış etdilər. 7b sinif şagirdləri Quluzadə Nigar, Vəliyeva Aysun qayğısını çəkdikləri dovşan və tutuquşunu nümayiş etdirdilər, onlara necə qulluq etdikləri haqqında ətraflı məlumat verdilər. Şagirdlərdən Qadir Abdullazadənin "Qırmızı kitab"a düşmüş nəsli kəsilməkdə olan heyvanlar haqqında hazırladığı təqdimat şagirdlərin böyük marağına səbəb oldu.