Ev heyvanlarını sevək və onlara qayğı ilə yanaşaq

02.10.2017-il tarixində məktəbin biologiya müəllimi, 5a sinif rəhbəri Mahmudova Aynurə "2 oktyabr- ev heyvanları günüdür" mövzusunda "Dəyirmi masa" keçirdi. "Dəyirmi masa"da "Ev heyvanlarını sevək və onlara qayğı ilə yanaşaq" devizi altında söhbət aparıldı. 5a sinif şagirdləri mövzu ilə əlaqədar slaydlar, videoçarxlar hazırlamış, şəkillər çəkmişdilər. Şagirdlər araşdırmaları nəticəsində belə qənaətə gəldilər ki, heyvanlar həyatımızın ayrılmaz bir hissəsidir.