Bilik günü

15.09.2017-ci il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi Bakı şəhəri 55 nömrəli tam orta məktəbdə də “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi. Məktəbin direktoru müəllim, şagird və valideynləri "Bilik günü" münasibətilə təbrik etdi, Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci tədris ilinin ölkənin bütün ümumtəhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan olunduğunu bir daha vurğuladı. Eyni zamanda 2016/2017-ci tədris ilində tələbə adını qazanan məzunlar, ən yüksək bal toplayanlar Əyyubzadə Sevinc, Cəfərov Fərid və tədris ilinin açılışında məktəbə ilk dəfə qədəm qoyan birincilər təbrik edildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və Xətai rayon İcra Hakimiyyətinin Əlican Əhmədov iştirak edirdi. Qonaqlar yeni dərs ilinin başlanması münasibətilə şagirdləri təbrik edib onlara uğurlar arzuladılar. Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında məktəbin qocaman müəllimi Zümrüd Həsənquliyeva məlumat verdi. Tədbirin sonunda alqış sədaları altında ilk zəng çalındı.İlk dərs məşğələləri “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.