“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi keçirilmişdir

Hər il olduğu kimi 2015/2016-cı tədris ilində də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən “Fövqəladə hallar uşaqların gözü ilə” 5 nominasiya üzrə ( “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq”) uşaq yaradıcılıq müsabiqəsi keçirilir. Əvvəlki illərdən fərqli olaraq Xətai rayonunda bu işlə bağlı 55 №-li tam orta məktəb pilot məktəb seçildiyindən ayrı-ayrı məktəblərdən daxil olan əl işlərinə baxaraq məktəbimizin şagirdləri bu işdə daha məsuliyyətli olmağa çalışdılar. Elə onun nəticəsidir ki, başqa məktəblərdən fərqli olaraq daha çox müsabiqəyə qatılmış və fərqlənən əl işləri şəhər mərhələsində iştirak etmək üçün 42 №-li tam orta məktəbə təqdim edilmişdir. Hər nominasiya üzrə ayrıca baxış məktəbdə təşkil olunmuşdur.