Son zəng

2016-2017-ci dərs ilinin "Son zəng"i məktəbdə böyük coşğu və həyəcanla keçdi. Məktəbin xüsusi siniflərində (nitqi qüsurlu siniflər) təhsil alan 9-cu şagirdləri üçün də bu gün "Son zəng" çalınırdı. Onların hazırladıqları rəqs nömrəsi ətrafdakıları çox təsirləndirdi. Çünki eşitmə qabiliyyəti zəif olan uşaqların iradəsi sayəsində maraqlı rəqs nömrəsi alınmışdı. Məzunlardan 600-dən yüksək bal toplayan Əyyubzadə Sevinc və Cəfərov Fərid tədbirin aparıcıları idi. Valideynlər adından Fəridə xanım çıxış edərək müəllimlərin zəhmətinə böyük qiymət verdi və minnətdarlıq bildirdi. 1-ci sinif şagirdləri də məzunları təbrik etdilər. Tədbir məzunların əyləncəli çıxışları ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi