Milli Qurtuluş Günü

Məktəbimizdə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi. 5c və 10b sinif şagirdlərinin iştirakı ilə keçirilən "Dəyirmi masa"da Milli Qurtuluş Günü haqqında məlumat verildi. Xalqın tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən qurtarması ilə nəticələndiyi diqqətə çatdırıldı. Sonra tarix müəllimi Zümrüd Həsənquliyevanın hazırladığı videoçarx nümayiş olundu. Videoçarxda bu əlamətdar günün müstəqil Azərbaycanımızın tarixində oynadığı rol haqqında ətraflı məlumat verildi. Şagirdlər məlumatlandırıldı ki, məhz ulu öndərin müdrik siyasəti nəticəsində mədəniyyətimiz, maddi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Konfrans şagirdlərin ifasında Ulu öndər Heydər Əliyevə və Milli Qurtuluş Gününə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşdı.