Əlvida ibtidai sinif müəllimim

12.06.2017-ci il tarixdə məktəbdə 4-cü sinif şagirdlərinin "Əlvida ibtidai sinif müəllimim" adlı buraxılış gecəsi keçirildi. Müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən tədbirdə məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiyalarını nümayiş etdirdilər. Tədbir öz rəngarəngliyi ilə hamını heyran etdi. 4-cülərin vida tədbirində rəqslər, vətənpərvərlik mövzusunda söylədikləri seirlər, musiqi və şagirdlərin fəallığı xüsusən diqqəti cəlb etdi. Şagirdlərin öz sevimli müəllimlərinə hazırladıqları mahnı və səhnə heyrətamiz idi. 4a sinif şagirdləri 4 il ərzində onlara aid olan xatirələri slaydlarla təqdim etdilər. Sonda ibtidai sinif müəllimləri Əhmədova Fatma, Bayramova Pərvanə və Allahverdiyeva Sədaqət şagirdlərə öz ürək sözlərini bildirdilər. Müəllimlərin hər biri şagirdlərə gələcəkdə təhsillərində uğurlar arzuladılar, dövlətimizin onlara çəkdiyi əməyi itirməyəcəklərinə, həm təhsildə, həm də ictimai işlərdə məktəbimizin fəxri olacaqlarina inandıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi