Tullantıdan incəsənətə

"Ekologiya və Sağlamlıq" istiqamətində " "Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbimizdə tədbirlər davam edir. Bu məqsədlə məktəbin texnologiya müəllimi Aidə İsmayılova "Tullantıdan incəsənətə" adlı tədbir keçirdi. Şagirdlərə "Tullantıdan sənətə" mövzusunda Qala qəsəbəsində keçirilən sərgidən slaydlar, videoçarxlar göstərildi. Müəllim məişət tullantılarının lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın yollarını izah etdi. Tədbirdə hər bir şagird tullantıdan hazırladıqları əl işlərini iştirakçılara təqdim etdilər. Tədbirdən sonra foyedə "Tullantıdan incəsənətə" mövzusunda əl işlərindən ibarət sərgi hazırlandı. Məktəbin ibtidai sinif şagirdlərinin sərgiyə baxışı keçirildi. Şagirdlər plastik materiallardan, kağız və parçalardan, şüşə qablardan, dəmir məftillərdən hazırladiqları əl işləri haqqında məlumat verdilər.