"Siz hüquqlarınızı bilirsinizmi?" mövzusunda "Dəyirmi masa" keçirildi
02.06.2017-ci il tarixində məktəbin kitabxanasında insan hüquqlarına həsr edilmiş "Siz hüquqlarınızı bilirsinizmi?" mövzusunda təşkil olunmuş "Dəyirmi masa"da tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə 6a və 6c sinif şagirdləri iştirak etdilər. Şagirdlərin hazırladıqları slayd və çıxışlarda hüquqların yaranma tarixi və Azərbaycan Respublikasında insan hüquqlarına dövlət tərəfindən verilən diqqət qeyd olundu. Şagirdlər öz təqdimatlarında uşaq hüquqlarına xüsusi toxundular.Tədbirin sonunda hüquqlarla bərabər insanların vəzifələri barədə sorğu keçirildi.