1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

"1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə 01.06.2017-ci il tarixində məktəbimizin şagirdləri Xətai rayon İcra Hakimiyyəti qarşısındakı parkda Fləş-mob keçirdilər. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Xətai rayon YAP-ın sədri, deputat Hüseynbala Mirələmov şagirdləri bayram münasibətilə təbrik etdilər. İbtidai sinif şagirdləri Vətən haqqında şeir söylədilər. Sonda şagirdlərlə xatirə şəkli çəkildi.Bayram şənliyi məktəbin akt zalında davam etdi. Uşaqlar valideynlər və müəllimlər qarşısında şeirlər söylədilər, mahnı oxudular, rəqs etdilər, şən əhval ruhiyyələri ilə ətrafdakıları da şənləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi