Yaşasın hüquqlarımız

Mayın 31-də “İnsan Hüquqları Aylığı” çərçivəsində məktəbdə “Yaşasın hüquqlarımız” adlı tədbir keçirildi. Mətanət Əliyevanın rəhbərliyi ilə keçirilən tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində şagirdlər şeir söylədilər, mahnı oxuyub rəqs etdilər. Uşaq hüquqlarını əks etdirən səhnəciklər göstərdilər. “Hüquqlarımızı tanıyaq və tanıdaq”, “Hüquqlarımızı qoruyaq” adlı prezentasiyalar təqdim olundu. Ulu öndər Heydər Əliyevin uşaqlara təbrik nitqi səsləndi, uşaq himni ifa olundu. İkinci hissə isə Xətai metrosu qarşısındakı parkda baş tutdu. Şagirdlər parkda insanlara yaxınlaşaraq uşaq hüquqları ilə bağlı müsahibələr aldılar. Əvvəlcədən hazırladıqları maarifləndirici bukletləri həmyaşıdları ilə və yaşlı nəslin nümayəndələri ilə paylaşdılar. İkinci hissənin sonunda: “Yaşasın hüquqlarımız!”- deyərək şarları havaya uçuraraq,- “Qoy həmişə sülh olsun!” – söyləyərək ağ göyərçinləri səmaya buraxdılar