"Sinir sisteminizi qoruyun" adlı seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.Mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Qeyd edək ki, bu gün məktəbimizdə “Sağlam həyat tərzi” aylığı ilə əlaqədar keçirilən silsilə tədbirlərə yekun vuruldu. Biologiya müəllimləri Vahid Balabəyov və Afət Balabəyovanın rəhbərliyi ilə şagirdlər "Sinir sisteminizi qoruyun" mövzusunda seminar keçirdilər. Seminarda şagirdlərdən Mehdiyeva Nəzrin “Sinir sisteminin xəstəlikləri”, Abbasova Nərgiz “İnformasiya texnologiyalarının sinir sisteminə təsiri”, Əliyev Əli “Sinir sistemi xəstəliklərinin profilaktikası”, Süleymanova Afət “Zərərli vərdişlərin sinir sisteminə təsiri” mövzusunda hazırladıqları təqdimatları dinlənildi. Fənn müəllimi Vahid Balabəyov şagirdlərə stress haqqında fikirlərini bölüşməyi təklif etdi. Bu sual şagirdlər tərəfindən çox maraqla qarşılandı və müzakirəyə səbəb oldu. Biologiya müəllimi Afət Balabəyova isə şagirdlərə stressdən uzaq olmağın yolları haqqında ətraflı məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi