Pedaqoji şuranın növbəti iclası

30.05.2017-ci il tarixdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın əvvəlində yubileyi qeyd olunan qabaqcıl ingilis dili müəllimi Cəmilə Mahmudova Həmkarlar Təşkilatının Fəxri Fərmanı ilə təltif olundu. İlin əvvəlində yaradılan işçi qrupun üzvləri: Əliyeva Mətanət, Əlicanova Qərənfil, Əzimova Sevinc, Fərzullayeva Elmira idarəetmədə fəal iştiraklarına görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edildilər. Sonra isə gündəlik məsələlər müzakirə olundu. IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti haqqında fənn müəllimləri çıxış etdilər. Riyaziyyat fənn metodbirləşməsinin sədri İsmayılova Zərfə, ingilis dili fənn metodbirləşməsinin sədri Abbasova Məhluqə illik hesabatlarını slaydlarla təqdim etdilər. DİM-nin IX siniflər üzrə keçirdiyi buraxılış imtahanlarının I mərhələsinin nəticələri haqqında sinif rəhbərləri Kərimova Rəsmiyyə, Paşayeva Ülkər məlumat verdilər. İclasın sonunda cari məsələlər müzakirə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi