Kənd həyatı ilə tanışlıq

Fəaliyyət planının 1.3.18-ci bəndinə əsasən şagirdlərin həyatı bacarıqlarını artırmaq məqsədilə məktəbin şagird, müəllim və valideynlərdən ibarət böyük bir qrupu 28.05.2017-cil tarixdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yaradılan “Dream Rancho” kəndində gəzintidə oldular. Orada uşaqlar kənd həyatı ilə yaxından tanış oldular. Qədim sənət olan dulusçuluq haqqında məlumatlandırıldılar, keramik suvenirlər hazırladılar və rənglədilər. Ev heyvanlarına qulluq etmək qaydaları ilə tanış oldular, onları yemlədilər. Əkinçiliklə məşğul oldular. Xəmir yayıb yuxa bişirməyi öyrəndilər. Şagirdlər asudə vaxtlarını səmərəli keçirib istirahət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi